Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » ABŞ və Bolqarıstan razılığa gəldi
ABŞ və Bolqarıstan razılığa gəldi

ABŞ və Bolqarıstan xarici informasiya manipulyasiyası əməliyyatlarına qarşı əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.
reportyor.tv xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Bildirilir ki, ABŞ və Bolqarıstan Mərkəzi və Şərqi Avropa üçün getdikcə aktuallaşan dezinformasiya və manipulyasiyanın yayılmasına qarşı birgə mübarizənin əsasını qoyan anlaşma memorandumu imzalayıblar.
Qeyd olunur ki, əməkdaşlığa dövlət səviyyəsində qərarlar, bu sahədə vətəndaş cəmiyyətinə dəstək və çoxtərəfli qarşılıqlı fəaliyyət daxildir.

Şərhlər