Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Estoniyanın Baş naziri NATO ölkələrini müdafiə xərclərini artırmağa çağırıb
Estoniyanın Baş naziri NATO ölkələrini müdafiə xərclərini artırmağa çağırıb

Estoniyanın Baş naziri Kaya Kallas digər NATO ölkələrini müdafiə xərclərini artırmağa çağırıb.
Reportyor.tv xəbər verir ki, bu barədə Estoniya hökumət başçısı Tallində keçirilmiş Baltik Təhlükəsizlik Konfransı çərçivəsində “Deutsche Presse-Agentur” (DPA) agentliyinə bildirib.
Baş nazirin sözlərinə görə, ölkəsi gələn il müdafiə xərclərini ümumi daxili məhsulun (ÜDM) 3,2 faizinə çatdıracaq.
Kallas onu da qeyd edib ki, hazırda təhlükə “soyuq müharibə” dövründəkindən də daha böyükdür, müharibə artıq Avropaya qayıdıb.
Xatırladaq ki, 2014-cü ilin sentyabr ayında Uelsdə keçirilən sammitdə NATO ölkələri bütün üzv ölkələr üçün müdafiə xərclərini ÜDM-in 2 faizinə qədər yüksəltmək qərarına gəliblər.

Şərhlər