Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Qriqoryan İran XİN rəhbəri ilə regional təhlükəsizliyi müzakirə edib
Qriqoryan İran XİN rəhbəri ilə regional təhlükəsizliyi müzakirə edib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahianla görüşüb.
Reportyor.tv xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurası katibinin "Facebook" hesabında bildirilib.
"Görüşdə regional təhlükəsizlik vəziyyəti ilə bağlı məsələlər müzakirə edilib və region ölkələrinin ərazi bütövlüyünə hörmət edilməsinin zəruriliyi və vacibliyi vurğulanıb.
Biz müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığa toxunduq və iqtisadi əməkdaşlığı xüsusilə vurğuladıq", - Qriqoryan bildirib.
Qeyd edək ki, görüş Ermənistan rəsmisinin Tehrana səfəri çərçivəsində baş tutub

Şərhlər