Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Qaribaşvili Avropa Siyasi İcması sammitində iştirak üçün İspaniyaya gedib
Qaribaşvili Avropa Siyasi İcması sammitində iştirak üçün İspaniyaya gedib

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Qranadada keçiriləcək 3-cü Avropa Siyasi İcması sammitində iştirak etmək məqsədilə İspaniyaya səfərə gedib.
Reportyor.tv Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstanın hökumət administrasiyası yayıb.
Bildirilib ki, hökumət başçısı 5-6 oktyabr tarixlərində baş tutacaq konfransın dəyirmi masa formatındakı tematik müzakirələrində iştirak edəcək.
Baş nazirin həmçinin sammit çərçivəsində ikitərəfli, yüksək səviyyəli görüşlər keçirəcəyi qeyd olunub.

Şərhlər