Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » SEPAH-ın komandanı hədələdi - “Bu, sonun başlanğıcıdır”
SEPAH-ın komandanı hədələdi - “Bu, sonun başlanğıcıdır”

İranın "İslam İnqilabı Keşikçiləri Korpusu"nun (SEPAH) komandanı general-mayor Hüseyn Səlami Qəzza zolağında davam edən müharibəni "İsrail rejimin süqutunun başlanğıcı" adlandırıb.
Reportyor.tv bildirir ki, iranlı general HƏMAS-ın hücumunun İsrailin strategiyası və təhlükəsizliyində "zəlzələ effekti" yaratdığını iddia edir.
"Qəzzada başlatdığı növbəti müharibə sionist rejimin qaçılmaz süqutunun ilk mərhələsidir", - Səlami deyib.
General bildirib ki, HƏMAS-ın "Əqsa tufanı" əməliyyatı coğrafi baxımdan taktiki aspektə malik olsa da, təsir dairəsi qlobaldır.
"Hər kəs dərk edir ki, bu gün sionist rejim məğlubdur. HƏMAS onları təkbaşına və heç bir qüvvənin dəstəyi olmadan məğlub edib", - Səlami əlavə edib.

Şərhlər