Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Bayden İsraili HAMAS-a cavab verərkən səhv etməməyə çağırıb
Bayden İsraili HAMAS-a cavab verərkən səhv etməməyə çağırıb

ABŞ Prezidenti Co Bayden İsraili HAMAS-ın törətdiklərinə cavab verərkən səhvlər etməməyə çağırıb.
Reportyor.tv xəbər verir ki, bu barədə ABŞ Prezidenti İsrailə səfərinin yekununa dair mətbuata açıqlamasında deyib.
ABŞ Prezidenti HAMAS-ın 7 oktyabrda İsrailə hücumunu ABŞ-da törədilən 11 sentyabr terror aktı ilə müqayisə edib. O xatırladıb ki, HAMAS 1400-ə yaxın israillini qətl edib. Bununla belə, o, İsrailə "ABŞ-da 11 sentyabr hadisəsindən sonra bir çox amerikalının baş verənlərdən hiddətləndiyi zaman etdiyi səhvləri" təkrar etməmək barədə xəbərdarlıq edib.
O, ABŞ-ın ədalət axtararkən və ona nail olarkən səhvlər etdiyini vurğulayıb.

Şərhlər