Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Rusiya XİN: ABŞ-nin uğursuz siyasəti Fələstin-İsrail münaqişəsinin eskalasiyasına səbəb olub
Rusiya XİN: ABŞ-nin uğursuz siyasəti Fələstin-İsrail münaqişəsinin eskalasiyasına səbəb olub

ABŞ-nin BMT Təhlükəsizlik Şurasında Fələstin və İsraillə bağlı qətnamə layihəsinə veto qoyması Vaşinqtonun regiondakı həqiqi istəklərini göstərir.
Reportyor.tv Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Qeyd olunub ki, ABŞ-nin uğursuz siyasəti Fələstin-İsrail münaqişəsinin hazırkı fəlakətli eskalasiyasına səbəb olub.
"BMT Təhlükəsizlik Şurası Rusiya qətnaməsini qəbul etsəydi, Qəzzada xəstəxanaya hücumun qarşısını almaq olardı", - deyə bəyanatda vurğulanıb.
O da bildirilib ki, İsrailin özünümüdafiə hüququ heç də ayrı-seçkilik olmadan kütləvi qisas almaq üçün lisenziya demək deyil.

Şərhlər