Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Amerikalı polkovnik: Bayden Putinin güclənməsi üçün hər şeyi etdi
Amerikalı polkovnik: Bayden Putinin güclənməsi üçün hər şeyi etdi

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinin həmişəkindən daha güclü olması üçün hər şeyi edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə nazirinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor “Daniel Davis/Deep Dive” YouTube kanalına müsahibəsində bildirib.
Qeyd edək ki, bu adamın söylədiklərini nədənsə Rusiyapərəst kanallar böyük həvəslə tirajlayır.
“Ağ Evin siyasəti Putinin həmişəkindən daha güclü olmasına şərait yaradıb. Rusiya iqtisadiyyatı parlaq şəkildə, Qərb iqtisadiyyatından qat-qat yaxşı gedir”, - deyə keçmiş hərbçi iqtisadiyyatdan da danışıb.
Makqreqorun sözlərinə görə, Qərb ölkələri “Ukrayna millətindən qalanları” xilas etmək üçün Ukraynadakı münaqişəyə son qoymalıdır.
Qeyd edək ki, bundan əvvəl Makqreqor Vaşinqtonun ukraynalıları intihara sürüklədiyini bildirmişdi. "Sülhə gəlin, axmaqlar!" – deyə o, hətta belə bir çağırış edib.
 

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti