
Rusiyanın Sibir bölgəsində yerləşən Yakutiyada termometrlər mənfi 56 dərəcəni göstərərkən, paytaxt Moskva ağ rəngə bürünüb. Rusiyada qışın gəlməsi ilə havanın temperaturu aşağı düşüb.
Publika.az xəbər verir ki, Rusiyanın Sibir bölgəsində yerləşən Yakutiyada havanın temperaturu mənfi 50-nin altına düşüb. Yakutiyada yerləşən Yakutskda havanın temperaturu mənfi 44 ilə mənfi 47 arasında ölçülərkən, Oymyakonda axşam saatlarında havanın temperaturu mənfi 56 dərəcə olaraq qeydə alınıb. Mütəxəssislər külək və rütubət nəzərə alındıqda, Oymyakonda temperaturun mənfi 60 dərəcədən çox hiss ediləcəyini və gecə ərzində temperaturun daha da aşağı düşəcəyini bildiriblər.
Moskvada qarın qalınlığı 35 santimetrə çatıb. Güclü qar nəticəsində Moskvanın bəzi hava limanlarında uçuşlar təxirə salınıb.
Bu həftə Moskva və ətraf bölgələrdə havanın temperaturunun təxminən mənfi 20 dərəcəyə düşəcəyi təxmin edilir.






Şərhlər