Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Müharibə başlayır? - Bu ölkəyə məxsus helikopter mübahisəli ərazidə yoxa çıxdı
Müharibə başlayır? - Bu ölkəyə məxsus helikopter mübahisəli ərazidə yoxa çıxdı

Qayana ordusuna aid GDF Bell-412 tipli helikopterin Venesuela sərhədi yaxınlığında yoxa çıxdığı bildirilir.
Publika.az xəbər verir ki, bu barədə Baş qərargah rəisi Ömər Xan məlumat verib. Bildirilir ki, helikopterdə 7 ekipaj üzvü olub.
Vertolyotun iki ölkə arasındakı mübahisəli Esequibo bölgəsində itdiyi təxmin edilir.
Venesuelanın hücumu nəticəsində helikopterin itdiyinə dair heç bir dəlillərinin olmadığını vurğulayan Xan, hava şəraitinin pis olduğunu diqqətə çatdırıb:
"Helikopterin axtarışına başlanılıb. Venesuela hələlik məsələ ilə bağlı heç bir açıqlama verməyib".
Qeyd edək ki, Venesuela Esequibonu öz ərazisi sayır və ora qoşun yeritməyi planlaşdırır.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti