Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » HƏMAS-ın iki nümayəndəsinə qarşı SANKSİYA
HƏMAS-ın iki nümayəndəsinə qarşı SANKSİYA

Avropa İttifaqı (Aİ) Fələstinin HƏMAS radikal hərəkatı hərbi komandanlığının iki nümayəndəsinə qarşı sanksiya tətbiq edib.
reportyor.tv xəbər verir ki, bu barədə Avropa İttifaqının saytında məlumat dərc olunub.
“Şura iki şəxsi Aİ-nin terrorçu siyahısına daxil etmək qərarına gəlib. Bu qərar Avropa İttifaqının HƏMAS-ın yaratdığı təhlükəyə, həmçinin 2023-cü il oktyabrın 7-də İsraildə ayrı-seçkilik etmədən törətdiyi qəddar terror aktlarına cavabının bir hissəsidir”, - deyə məlumatda bildirilib.
Sanksiyalar siyahısına HƏMAS-ın hərbi qanadının generalı Mohammed Deyf və HƏMAS-ın hərbi qanadının komandir müavini Marvan İsa daxil edilib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti