
Lüksemburqdakı Avropa Məhkəməsi rusiyalı multimilyarder iş adamı Roman Abramoviçin Rusiyanın Ukraynaya silahlı müdaxiləsi fonunda Avropa İttifaqının onu sanksiya siyahısına daxil etməsi ilə bağlı şikayətini rədd edib.
Publika.az xəbər verir ki, Abramoviç 2022-ci ilin martında Rusiya rəsmiləri və tanınmış iş adamları ilə birlikdə Aİ-nin qara siyahısına salınıb. Aİ bildirib ki, Abromoviçin, “Vladimir Putinlə çox yaxın əlaqələri var, prezidentlə imtiyazlı çıxışı olub və onunla çox yaxşı münasibətlər saxlayır”.
Aİ-nin fikrincə, bu əlaqələr maqnatın “əhəmiyyətli sərvətini saxlamağa imkan verib və buna görə də o, Krımın ilhaqına və ya Ukraynanın sabitliyinin pozulmasına görə məsuliyyət daşıyan Rusiya liderlərindən faydalanıb”.
Aİ həmçinin qeyd edib ki, Abramoviç Rusiyanın aparıcı iş adamlarından biri kimi “Rusiya hökuməti üçün əhəmiyyətli gəlir mənbəyi”dir.
Qeyd edək ki, Roman Abramoviç ötən ilin mayında ona qarşı tətbiq edilən sanksiyaların ləğvi üçün Aİ-yə qarşı iddia qaldırıb. O, Avropa İttifaqının qiymətləndirməsində “açıq-aşkar səhv” olduğunu və onun siyahıya daxil edilməsi qərarının Aİ qanunvericiliyində təsbit olunmuş əsas hüquqlarına “təməl hüquqların pozulması və əsassız müdaxilə” olduğunu deyib.






Şərhlər