
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq fikrində deyil, baxmayaraq ki, Ermənistan nümayəndələri təşkilatın iclaslarında iştirak etmirlər.
Publika.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin deyib.
“Bu məsələdə biz Ermənistan rəhbərliyinin rəsmi bəyanatlarını rəhbər tuturuq, ona əsasən Ermənistan Respublikasının KTMT-dən çıxması məsələsi hazırda gündəmdə deyil. Məlum olduğu kimi, gələn il Ermənistan Avrasiya İqtisadi İttifaqına sədrlik edəcək”, - diplomat bildirib.
Xatırladaq ki, Ermənistan son vaxtlar KTMT-nin iclaslarını boykot edir. Bundan əvvəl baş nazir Nikol Paşinyan təşkilatın Minskdə keçirilən sammitində iştirak etməyib.






Şərhlər