Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Yeni il gecəsi Sankt-Peterburqda nə baş verib? - Minlərlə miqrant saxlanılıb
Yeni il gecəsi Sankt-Peterburqda nə baş verib? - Minlərlə miqrant saxlanılıb

Yeni il gecəsi Sankt-Peterburqun mərkəzi hissəsində üç minə yaxın xarici vətəndaş saxlanılıb.
reportyor.tv xəbər verir ki, bu barədə “Fontanka” məlumat yayıb.
Miqrantlar polis bölmələrinə aparılıb. Məlum olub ki, saxlanılanların 600-dən çoxu miqrasiya qanunvericiliyinin müxtəlif pozuntuları ilə Rusiyada olub.
Onlara qarşı inzibati protokollar tərtib edilib, 100-dən çox şəxsin ölkədən çıxarıla biləcəyi bildirilir.
Yanvarın 1-də Sankt-Peterburq şəhərinin rayon məhkəmələri 31 protokola baxıb. Bildirilir ki, 27 nəfər miqrasiya qanunlarını pozmaqda təqsirli bilinib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti