Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Rusiyadan şok hədə: Ukrayna nüvə silahı ilə vurulacaq
Rusiyadan şok hədə: Ukrayna nüvə silahı ilə vurulacaq

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Ukraynanın Rusiya ərazisindəki raket buraxılış sistemlərini vurmaq cəhdi nüvə silahından istifadə etməyə səbəb ola bilər.
Publika.az xəbər verir ki, Medvedev öz “Telegram” kanalında verdiyi açıqlamada Ukraynanın “Rusiya ərazisindəki raket buraxılış sistemləri vurulmalıdır” bəyanatını dəyərləndirib.
“Bu, təcavüz sayılacaq. Həmçinin bu, özünümüdafiə haqqı deyil, açıq şəkildə belə bir dövlətə qarşı nüvə silahı istifadə etməyimiz üçün bir səbəbdir. Hücumlarda nüvə silahı istisna olmaqla, müxtəlif silahlardan istifadə edirik”, - deyə Medvedev əlavə edib.
Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat bildirib ki, Rusiyanın resursları S-300 raketlərini vurmaq üçün kifayət etməyəcək. Bu səbəbdən Rusiya ərazisindəki buraxılış sistemləri vurulmalıdır.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti