Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » İran “Şərq”in əməkdaşını azad etdi – 180 min avro müqabilində
İran “Şərq”in əməkdaşını azad etdi – 180 min avro müqabilində

İranda Məhsa Əmininin ölümündən sonra baş verən kütləvi etirazları işıqlandırarkən həbs edilən jurnalistlər Nilufər Həmidi və Elahe Məhəmmədi azad ediliblər.
Publika.az xəbər verir ki, AFP-nin verdiyi məlumata görə, qızlar apelyasiya şikayətinə qədər zaminə buraxılıblar.
“Şərq” qəzetinin jurnalisti Nilufər Həmədi 2022-ci ilin sentyabrında Əminin ölümündən bir neçə gün sonra həbs edilib. “Ham Miham” qəzetinin fotoqrafı Elahe Məhəmmədi də 2022-ci ilin sentyabrında həbs olunub.
O vaxtdan hər iki jurnalist həbsdə idi. 2023-cü ilin oktyabrında onlar ABŞ-la əməkdaşlıq, milli təhlükəsizliyə qarşı sui-qəsd və İslam Respublikası əleyhinə təbliğatda ittiham olunaraq təqsirli biliniblər, 7 və 6 il müddətinə azadlıqdan məhrum ediliblər. İndi onların hər biri təxminən 180 min avroluq girov müqabilində azadlığa buraxılıb və apelyasiya şikayətinə baxılmasını həbsxanadan kənarda gözləyəcəklər.
Məhsa Əmini 2022-ci il sentyabrın 16-da çadranı düzgün taxmamaq ittihamı ilə əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra vəfat edib. Ailəsi qızın polis vəhşiliyi nəticəsində öldüyünü iddia edir.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti