Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Zelenskidən Rusiyanı DƏHŞƏTƏ GƏTİRƏN açıqlama - SON DƏQİQƏ
Zelenskidən Rusiyanı DƏHŞƏTƏ GƏTİRƏN açıqlama - SON DƏQİQƏ

Ukrayna Rusiyanın 7 Suhoy (Su) tipli döyüş təyyarəsini vurub.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Ukrayna prezidenti Volodimir Zelenski açıqlayıb.
Zelenski Ukrayna Hərbi Hava Qüvvələrinə təşəkkür edib:
"Hərbi Hava Qüvvələrimizə və səmamızı müdafiə edən hər kəsə təşəkkür etmək istəyirəm. Rusiya hərbi təyyarələri ilə bağlı yaxşı nəticələr var. Bir həftə ərzində Rusiyanın 7 "Su" reaktiv döyüş təyyarəsi vuruldu. Bu il ölkəmiz üçün ən mühüm hədəflərdən biri səmanı və ön mövqelərimizi Rusiyanın hava və raket hücumlarına qarşı müdafiə etməkdir".
Ukrayna prezidenti yeni təhlükəsizlik razılaşmaları etməyi planlaşdırdıqlarını bildirib:
“Tərəfdaşlarımızla yeni təhlükəsizlik müqavilələri hazırlayırıq. Bunlar çox vacib müqavilələrdir. Bu razılaşmalara döyüşçülərimizə yeni müdafiə dəstəyi, dövlətimiz üçün çox xüsusi maliyyə təminatları və dövlətimizi, cəmiyyətimizi daha böyük imkanlara, dünya ilə daha geniş qarşılıqlı əlaqəyə və daha böyük gücə yaxınlaşdıran siyasi əməkdaşlıq daxildir. Önümüzdəki həftələrdə bir neçə yeni təhlükəsizlik sazişi də hazırlayacağıq”.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti