Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Harri Kasparov Rusiyada terrorçu elan edilib
Harri Kasparov Rusiyada terrorçu elan edilib

Məşhur şahmatçı Harri Kasparov Rusiyada ekstremistlər və terrorçuların siyahısına daxil edilib.
Reportyor.tv xəbər verir ki, bu barədə "Rosfinmonitorinq"in saytında məlumat yerləşdirilib.
Daha əvvəl Rusiya Federasiyasında xarici agent kimi tanınan Kasparovu məhkəmə xarici agentlər haqqında qanunu pozduğuna görə dörd ay ərzində üçüncü dəfə cərimələyib.
2023-cü ilin dekabrında Moskva Daxili İşlər Nazirliyi Kasparovun və Azad Rusiya Forumunun həmtəsisçisi İvan Tyutrinin əməllərində cinayət əlamətləri aşkar edib. Belə ki, onlar Rusiya ordusuna qarşı hərbi əməliyyatlarda Ukrayna tərəfində iştirak edən Rusiya və Belarus vətəndaşları üçün vəsait toplamaq üçün hərrac keçiriblər. Onları 5 ilə qədər həbs cəzası gözləyir.

Şərhlər