Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Fransa Moldovada müdafiə sahəsində daimi nümayəndəlik açacaq
Fransa Moldovada müdafiə sahəsində daimi nümayəndəlik açacaq

Fransa Moldovada müdafiə sahəsində daimi nümayəndəlik açacaq.
Reportyor.tv xəbər verir ki, bu fikri Fransa Prezidenti Emmanuel Makron Moldova Prezidenti Maya Sandu ilə Parisdə görüşü zamanı səsləndirib.
Qeyd olunub ki, növbəti aylarda Moldovada müdafiə sahəsində daimi əməkdaşlıq missiyası fəaliyyətə başlayacaq.
“Fransa Moldova Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha bəyan edir”, - Makron Maya Sandu ilə görüşdən sonra birgə brifinq zamanı bildirib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti