Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Zelenski Zalujnının Ukraynanın Böyük Britaniyada səfir təyin edilməsinə razılıq verib
Zelenski Zalujnının Ukraynanın Böyük Britaniyada səfir təyin edilməsinə razılıq verib

Ukrayna prezidenti Vladimir Zelenski Silahlı Qüvvələrin keçmiş baş komandanı Valeri Zalujnının Ukraynanın Böyük Britaniyadakı səfiri vəzifəsinə namizədliyi ilə bağlı razılığa gəlib.
Reportyor.tv xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Cümə axşamı, 7 mart 2024-cü ildə Ukrayna Prezidenti Valeri Zalujnının Ukraynanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə namizədliyini razılaşdırıb.Ukrayna Xarici İşlər Nazirliyi Britaniya tərəfinə aqreman (tərcümeyi-hal) göndərib”, - diplomatik departamentin bəyanatında deyilir.

Şərhlər