Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir
AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir

Azərbaycanın milli aviadaşıyıcısı "Azərbaycan Hava Yolları" (AZAL) martın 19-dan etibarən Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edir.
Reportyor.tv bu barədə AZAL-a istinadən xəbər verir. Məlumata görə, ilkin mərhələdə aviadaşıyıcı həftədə üç dəfə – çərşənbə axşamı, cümə axşamı və bazar günləri reyslər həyata keçirəcək. Aprel ayından etibarən isə AZAL həftədə 9 dəfə uçuşlar yerinə yetirməyə başlayacaq.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.




Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti