Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Viktor Orban: Tramp Ağ Evə qayıdarsa, Ukraynadakı hərbi əməliyyatları maliyyələşdirməyəcək
Viktor Orban: Tramp Ağ Evə qayıdarsa, Ukraynadakı hərbi əməliyyatları maliyyələşdirməyəcək

ABŞ-ın keçmiş prezidenti Donald Trampın Ukraynadakı münaqişəyə son qoymaq planı var. 
“Bunu “M” telekanalına müsahibəsində Macarıstanın baş naziri Viktor Orban deyib.
Martın 8-də Floridadakı malikanəsində Trampla görüşən Macarıstan hökumətinin başçısı əlavə edib: “Onun bu müharibəni bitirmək üçün kifayət qədər ətraflı planları var, lakin bu planların mahiyyəti haqqında danışmaq səlahiyyətinə malik deyiləm”.
O qeyd edib ki, ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizədliyini irəli sürən keçmiş Amerika lideri Donald Tramp Ağ Evə qayıdarsa, Ukraynadakı hərbi əməliyyatları maliyyələşdirməyəcək və Avropanın təhlükəsizliyinə vəsait ayırmayacaq.

Şərhlər