Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Gürcüstanın Baş naziri ABŞ-ni tənqid edib
Gürcüstanın Baş naziri ABŞ-ni tənqid edib

ABŞ Gürcüstanın 4 hakiminə niyə sanskiya tətbiq etməsinə dair sübutları hələ də təqdim etməyib.
Reportyor.tv xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Koxabidze jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, ABŞ-nin gürcüstanlı hakimlərə viza məhdudiyyəti tətbiq etməsindən sonra Tbilisi sübutları istəyib, lakin üzərindən uzun vaxt keçməsinə baxmayaraq, heç bir sübut təqdim edilməyib.
Kobaxidze əlavə edib ki, ABŞ sübut təqdim etmək əvəzinə Gürcüstandan bu sübutları özünün axtarmasını istəyib. Hökumət başçısı ABŞ-nin bu addımını Gürcüstanın ədliyyə sisteminin müstəqilliyinə qarşı hörmətsizlik kimi qiymətləndirib.
“Heç bir sübut olmadan, üç aktiv, bir keçmiş hakimə viza məhdudiyyəti qoyulması məhkəmənin müstəqilliyi prinsipinə hörmət edilmədiyini göstərir. Biz həmişə məhkəmənin müstəqilliyi prinsipini qətiyyətlə qoruyacağıq”, - Kobaxidze deyib.
Xatırladaq ki, ABŞ Dövlət Departamenti 2023-cü ilin aprelində korrupsiya əməllərində iştirakına görə Gürcüstanın dörd hakiminə sanksiya tətbiq edib, onların ABŞ-yə girişi qadağan edilib.

Şərhlər