Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Türkiyə sahillərində miqrantları daşıyan qayıq batıb, 14 nəfər ölüb - YENİLƏNİB
Türkiyə sahillərində miqrantları daşıyan qayıq batıb, 14 nəfər ölüb - YENİLƏNİB

Türkiyə sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.
Reportyor.tv xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Türkiyənin Çanaqqala bölgəsində qanunsuz miqrantları daşıyan qayıq batıb.
Reportyor.tv xəbər verir ki, Çanaqqalanın Eceabat rayonu sahillərində baş verən hadisə zamanı 2-si körpə olmaqla azı 8 nəfər ölüb.
Bölgəyə cəlb edilən sahil təhlükəsizlik qrupları 4 nəfəri xilas edib.
Çanaqqala valisi İlhami Aktaş da məsələ ilə bağlı açıqlama verərək, Eceabat rayonu sahillərində axtarış-xilasetmə işlərinə başlandığını deyib.

Şərhlər