Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » KİV: Paşinyan mayda Moskvaya səfər edəcək
KİV: Paşinyan mayda Moskvaya səfər edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan may ayında Rusiyanın paytaxtı Moskva şəhərinə səfər edəcək.
Reportyor.tv xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak“ nəşri mənbələrinə istinadən yazıb.
Vurğulanıb ki, Paşinyan Avrasiya İqtisadi İttifaqının may ayında keçiriləcək yubiley sammitində iştirak etmək üçün Rusiya paytaxtına yola düşəcək.
Qeyd edək ki, Aİİ-nin yubiley sammiti mayın 8-də Moskvada keçiriləcək. Bu barədə Rusiya Prezidenti Vladimir Putin İttifaqın idarə heyətinin rəhbəri ilə görüşündə bildirib.

Şərhlər