Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Peskov Rusiyanın əsas xarici siyasət prioriteti olan ölkələrin adlarını açıqlayıb
Peskov Rusiyanın əsas xarici siyasət prioriteti olan ölkələrin adlarını açıqlayıb

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov MDB ölkələrini Rusiyanın əsas xarici siyasət prioriteti adlandırıb, qeyd edib ki, Moskva Gürcüstan və Moldova istisna olmaqla, demək olar ki, onların hamısı ilə çox inkişaf etmiş ikitərəfli münasibətlərə malikdir.
O, bu barədə "Arqumentı i faktı" nəşrinə eksklüziv müsahibəsində bildirib.
"Qalanları haqqında danışsaq, onların suverenliyinə mütləq hörmətlə yanaşırıq. Eyni zamanda, ümumi tariximizi, sovet dövründə inkişaf etmiş qarşılıqlı iqtisadi asılılığımızı xatırlayırıq", - Peskov əlavə edib.
Mətbuat katibi qeyd edib ki, postsovet məkanında inteqrasiyanın bütün bu növləri işləkdir, onların potensialı tam reallaşmaqdan uzaqdır.
"Əlbəttə, haradasa problemlər yaranır - bu qədər sıx qarşılıqlı əlaqədən danışanda bunu problemsiz etmək olmaz. Lakin münasibətlərin tərəfdaşlıq xarakteri bütün bunların öhdəsindən konstruktiv şəkildə gəlməyə imkan verir", - Peskov vurğulayıb.

Şərhlər