Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Son dəqiqə: 69 yaşlı ukraynalı avtomatla Putinin administrasiyasına girdi
Son dəqiqə: 69 yaşlı ukraynalı avtomatla Putinin administrasiyasına girdi

Moskvada bir şəxs əlində avtomatla Rusiya Prezident Administrasiyasının binasına daxil olub.

“Baza” teleqram kanalının məlumatına görə, o, İlyinkadakı binanın vestibülündə FSO əməkdaşları tərəfindən bloklanıb. Bundan sonra hadisə yerinə gələn polis cinayətkarı saxlayıb.

Adamın əlindəki avtomat oyuncaq olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsin kimliyini də müəyyən ediblər. O əslən Ukraynadan olan 69 yaşlı Viktor Krasivskidir.

Saxlanılan şəxs izah edib ki, 15 ildir ki, Rusiya prezidenti tərəfindən qəbul olunmağa çalışsa da, ona daim rədd cavabı verilir. Bu gün o, növbəti dəfə dövlətin başçısı ilə şəxsi qəbulda iştirak etmək qərarına gəlib.

Bu sözlərdən sonra polis psixiatrik yardım çağırıb və təqaüdçü müvafiq müəssisəyə aparılıb.

Şərhlər