Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Məmurlara çağırış edildi: Ramazana görə kasıbların borcu ödəniləcək
Məmurlara çağırış edildi: Ramazana görə kasıbların borcu ödəniləcək


Çeçenistan rəhbəri Ramzan Kadırov müqəddəs Ramazan ayında bölgə rəsmilərini aztəminatlı sakinlərin ərzaq mağazalarındakı borclarını ödəməyə çağırıb.

Respublikanın bir çox sakinləri maddi sıxıntı içində olduqları üçün maaşlarını və ya pensiyalarını alana qədər borc götürməli olurlar. Müvafiq olaraq, yığılan borclar onsuz da həssas vəziyyətdə olan insanların üzərinə əlavə yük qoya bilər.

“Öyrəndim ki, bir çox insanlar maliyyə imkanları olmadığından borca mal almaq məcburiyyətindədirlər. Bu problemlərin həllində onlara kömək etmək lazımdır. Yaxşı olar ki, hamı bu məsələni öz üzərinə götürüb, borclarını ödəsin”, - Çeçenistan rəhbəri qeyd edib.

Açıqlamada qeyd olunur ki, Çeçenistanın aztəminatlı sakinlərinin Ramazan ayında ərzaq mağazalarındakı borclarının ödənilməsi təşəbbüsü təkcə yardım aktı deyil, həm də cəmiyyətdə qarşılıqlı yardımın simvoludur.

Şərhlər