
Ermənistan Silahlı Qüvvələrinə məxsus avtomobil qəzaya düşüb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisə aprelin 12-də saat 15:25 radələrində qeydə alınıb. N saylı hərbi hissəsinin hərbi qulluqçularını daşıyan “Ural” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.
İlkin məlumata görə, qəza nəticəsində 4 nəfər ölüb. Yaralıların olduğu bildirilir.





Şərhlər