Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Paşinyanın bu paylaşımı Ermənistanı qarışdırdı: Şah Abbas...
Paşinyanın bu paylaşımı Ermənistanı qarışdırdı: Şah Abbas...


Ermənistanın baş naziri Nikol Paşinyanın 1915-ci il hadisələri ilə bağlı “Böyük Fəlakət (Meds Yeghern)” və “cinayət” ifadələrindən istifadə etməsi Ermənistanda mübahisələrə səbəb olub.

Paşinyan özünün şəxsi “Facebook” səhifəsində hakim partiyasının Mülki müqavilə siyasi məktəbi üçün hazırladığı “Ermənistan Respublikasının sosial psixologiyası” adlı kitabını dərc edib.

17-ci əsrin əvvəllərində Şah Abbas tərəfindən ermənilərin köçürülməsinin xalqın sosial psixologiyasına dərin təsirlər göstərdiyini əsas gətirən Paşinyan 1915-ci il hadisələrinə toxunub.

Paşinyan həmin hadisələr üçün işlədilən “soyqırımı” sözü əvəzinə “Böyük Fəlakət (Meds Yeghern)” və “cinayət” sözlərindən istifadə edib.

Paşinyan qısa müddətdə müxalifət dairələrindən kəskin reaksiya alıb, lakin hələ də tənqidlərə cavab verməyib.

Şərhlər