Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Yeni doğulan uşaq üçün 130 min manat veriləcək - Şərtlər
Yeni doğulan uşaq üçün 130 min manat veriləcək - Şərtlər

Doğum nisbətinin azalmasının qarşısını almaq üçün bir çox ölkələr müxtəlif yollara əl atırlar. 
Cənubi Koreya ölkədə azalan doğum nisbətini artırmaq üçün valideynlərə hər doğulan körpə üçün 100 milyon von (təxminən 130 min manat) nağd pul ödəməyi planlaşdırır.
“İndependent” qəzetinin məlumatına görə, 2023-cü ildə ölkədə doğum göstəriciləri qadın başına 0,72 körpəyə enib. Bu, ən aşağı milli doğum səviyyəsidir. Hökumət valideynləri həvəsləndirmək üçün müxtəlif təşviq və dəstək proqramları tərtib edib.
Qeyd edək ki, hazırda koreyalı cütlüklər uşaqlarının doğulmasından 7 yaşına çatana qədər müxtəlif təşviq və dəstək proqramları vasitəsilə 35 milyon von ilə 50 milyon von arasında maliyyə yardımı alırlar. Yeni tənzimləmə ilə bu nisbət iki dəfə artacaq.


Şərhlər