Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda


Türkiyədə dollar yeni həftəyə enişlə başlayıb. Dollar 32,29 TL-dən başlayarkən, avro 34,77 TL-dən başlayıb. Bu həftə bütün gözlər TCMB sədri Fatih Karahan tərəfindən açıqlanacaq 2024-cü ilin ikinci inflyasiya hesabatında olacaq.

Publika.az xəbər verir ki, dollar/TL məzənnəsi pik həddinə 32,68 TL-yə çatdıqdan sonra ucuzlaşmağa başlayıb. Türk lirəsi aprelin 21-dən etibarən dollar qarşısında 1,16 faiz dəyər qazanıb.

Ruzigar türk lirəsinin xeyrinə əsir. “City”nin ötən həftə dərc etdiyi hesabatda Türkiyənin sərmayə axını cəlb edəcəyi bildirilib.

S&P tərəfindən edilən qiymətləndirmədə bildirilir ki, Türkiyədə yerli seçkilərdən sonra xarici tarazlığın təsiri ilə pul, fiskal və gəlir siyasətləri arasındakı koordinasiya yaxşılaşacaq. Portfel daxilolmalarının artacağı, cari hesab kəsirlərinin daralacağı, yaxın 2 ildə inflyasiyanın və dollarlaşmanın azalacağı proqnozlaşdırılır.

Xəzinə və maliyyə naziri Mehmet Şimşək həyata keçirilən iqtisadi proqramın nəticələrinin kredit reytinqlərində əks olunduğunu diqqətə çatdırıb:

“S&P, "Fitch" və "Moody's"in müsbət reytinq proqnozları reytinqin yüsəlişinin davam edəcəyini xəbər verir. Biz reytinqi yüksəltməkdə qərarlıyıq. Gücləndirməyə və həyata keçirməyə davam etdiyimiz proqramımızla ölkəmizə olan inamı ən yüksək səviyyəyə çatdırırıq”.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti