Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Mərkəzi Asiya böyük risk altındadır - Tokayev xəbərdarlıq etdi
Mərkəzi Asiya böyük risk altındadır - Tokayev xəbərdarlıq etdi

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bildirib ki, Mərkəzi Asiya beynəlxalq terrorizmin fəaliyyəti ilə bağlı yüksək risklərlə üzləşib.
Tokayev vurğulayıb ki, “Krokus Siti Holl”un konsert zalında törədilən terakt terror təşkilatlarının fəaliyyətinin bariz nümunəsidir.
Onun sözlərinə görə, terrorizm və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə kontekstində Əfqanıstan ümumi diqqət mərkəzində olmalıdır.
Tokayev Kabilin regional əlaqələrə cəlb edilməsinin vacibliyini bəyan edib. O əlavə edib ki, region ölkələrinin razılaşdırılmış mövqeyindən çox şey asılıdır.
        Bundan əlavə, prezident Qazaxıstanın Mərkəzi Asiya və Əfqanıstan üçün BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri Mərkəzinin yaradılması təşəbbüsünü xatırladıb.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti