Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Bu ölkə İrana görə matəm elan etdi
Bu ölkə İrana görə matəm elan etdi


Pakistanın baş naziri Şahbaz Şərif İran prezidenti və onu müşayiət edən nümayəndə heyətinin həlak olması ilə bağlı başsağlığı verib və bu ölkədə ictimai matəm elan edib.

Reportyor.tv“Əl-Cəzirə”-yə istinadla verdiyi məlumata görə, Şahbaz Şərif bu hadisədə İranla həmrəy olduğunu bəyan edib.

“Prezident və onun nümayəndə heyətinə hörmət əlaməti və qardaş İranla həmrəylik olaraq, Pakistanda bir gün ictimai matəm keçiriləcək və ölkə bayrağı yarıya qədər qaldırılacaq”, - Pakistanın baş naziri qeyd edib.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti