Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Rusiya parçalana bilər - Moskva müftisindən NİQAB XƏBƏRDARLIĞI
Rusiya parçalana bilər - Moskva müftisindən NİQAB XƏBƏRDARLIĞI

Rusiyada niqab (ənənəvi qadın baş örtüyü) taxmağın qadağan edilməsi dünya müsəlmanları arasında anlaşılmazlığa səbəb ola bilər.


Bunu Moskva müftisi və Moskva Katedral məscidinin baş imamı İldar Alyautdinov bildirib.


"Rusiyada niqab qadağasının xarici düşmənlərə cəmiyyətdə nifrəti qızışdırmaq və ölkənin bütövlüyünü məhv etmək üçün əsas verəcəyi ehtimalı yüksəkdir", - Alyautdinov deyib.


Alyautdinov niqab taxmaq ilə terror riskinin artması arasında əlaqənin olub-olmadığını öyrənməyə çağırıb.


Xatırladaq ki, Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev bildirmişdi ki, Rusiyada niqab taxmaq qadağan edilməlidir./publika.az

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti