Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Bu ölkədə rekord dərəcədə istilərdən 90 nəfər ölüb
Bu ölkədə rekord dərəcədə istilərdən 90 nəfər ölüb

  Martın 17-dən bəri Meksikada rekord istilər səbəbindən azı 90 nəfər ölüb.

Bu barədə Meksika Səhiyyə Nazirliyinin dərc etdiyi ekstremal temperaturlara nəzarət üzrə həftəlik hesabatda deyilir.

“Cari isti mövsümdə martın 17-dən oktyabrın 5-dək yüksək temperaturla bağlı 90 ölüm faktı qeydə alınıb”, - deyə nazirlikdən bildirilib.

Meksikalılar üçün yüksək temperaturun nəticələrinə istilik vurması, susuzlaşdırma və yanıqlar daxildir. Ən çox insan - 25 nəfər Körfəz sahilindəki Verakruz ştatında və qonşu Tabasko ştatında (15 nəfər) ölüb.

Səhiyyə Nazirliyi də yaxın günlərdə ölkədə həddindən artıq yüksək temperatur dalğasının davam edəcəyini proqnozlaşdırır. Aşağı Kaliforniya və Sonora ştatlarında termometr 45 dərəcəni keçəcək.  Redaktor.az 

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti