Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Putin: Rusiya və KXDR arasında saziş təcavüz halında qarşılıqlı yardımın göstərilməsini özündə əks etdirir
Putin: Rusiya və KXDR arasında saziş təcavüz halında qarşılıqlı yardımın göstərilməsini özündə əks etdirir

Rusiya Şimali Koreya ilə hərbi-texniki əməkdaşlığın inkişafını istisna etmir.
Bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
Onun sözlərinə görə, Kim Çen Inla danışıqlarda təhlükəsizlik məsələləri və beynəlxalq gündəm mühüm yer tutub.
Rusiya lideri KXDR-in Ukrayna ilə bağlı mövqeyini bu ölkənin suveren kursunun təsdiqi adlandırıb.
Putin qeyd edib ki, Rusiya və KXDR arasında imzalanmış saziş müqavilənin tərəflərindən birinə qarşı təcavüz halında qarşılıqlı yardımın göstərilməsini özündə əks etdirir.
Qeyd edək ki, Putinin Pxenyana səfəri çərçivəsində Rusiya ilə KXDR arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalanıb.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti