Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə zərbələr endird
İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə zərbələr endird

İsrail ordusuna məxsus qırıcılar Livannın cənubunda "Hizbullah"ın hərbi obyektlərinə bir neçə zərbə endirib.
Publika.az xəbər verir ki, bu barədə İDF-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, İsrail hərbçiləri Teir Harfa kəndi yaxınlığında şiə "Hizbullah" hərəkatının raket buraxılış qurğularını aşkar ediblər.
İDF-nin məlumatına görə, avqustun 10-da axşam saatlarında bir neçə PUA İsrail tərəfə buraxılıb. Onlardan biri ələ keçirilib. Hücumdan sonra ərazidə dağıntılar qeydə alınıb, lakin tələfat barədə məlumat yoxdur.
"Hizbullah" 24 saat ərzində İsrail Müdafiə Qüvvələrinə (IDF) qarşı 10 hərbi əməliyyat keçirdiyini açıqlayıb. Mətbuat xidməti qeyd edib ki, onun qırıcıları Livan-İsrail sərhədində vizual nəzarət sistemlərinə və İDF-nin dörd dayaq məntəqəsinə hücum ediblər.
İsrail hərbçiləri Tel-Şaar bölgəsində də hücuma məruz qalıb. Şimal bölgəsindəki logistik bazaya isə PUA-larla hücum edilib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti