Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Banqladeş: bir çox polis əməkdaşları işə çıxmağa qorxurlar
Banqladeş: bir çox polis əməkdaşları işə çıxmağa qorxurlar

Banqladeşin müvəqqəti hökumətinin daxili işlər naziri Səxavat Hüseyn yaxın 3-4 gün ərzində ölkədə asayişin bərpa olunacağını bildirib.
Reportyor.tv xəbər verir ki, bu barədə Prothomalo portalı məlumat yayıb.
S.Hüseynin sözlərinə görə, Daxili İşlər Nazirliyi mövcud çağırışların öhdəsindən gəlməyə çalışır. O qeyd edib ki, DİN-in bir çox əməkdaşları təhlükəsizliklərindən qorxaraq öz iş yerlərində görünməyə qorxurlar.
O qeyd edib ki, mövcud vəziyyətə görə yüksək rütbəli polis komandirləri məsuliyyət daşıyır.
Banqladeşdə iğtişaşlar 2024-cü ilin iyun ayında tələbələrin məşğulluq kvotası ilə bağlı etirazları fonunda başlayıb və bu günə qədər davam edir. Etirazçılarla döyüşmək üçün ordu gətirilib. Banqladeşin baş naziri Şeyx Hasina ölkəni tərk edib. Oğlunun sözlərinə görə, o, Nazirlər Kabinetinin rəhbəri vəzifəsini davam etdirir, rəsmi olaraq istefa verməyib.
Bundan əvvəl Banqladeşin keçmiş kəşfiyyat rəisi həbs edilib.
Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti