Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » İzmirdə meşə yanğını yaşayış yerlərinə çatdı: əhali təxliyə edilir
İzmirdə meşə yanğını yaşayış yerlərinə çatdı: əhali təxliyə edilir

Türkiyənin İzmir vilayətində baş verən meşə yanğınları bölgədə əsən güclü küləyin təsiri ilə genişlənərək yaşayış yerlərinə çatıb.
Publika.az xəbər verir ki, bölgədə bir bina yanıb, çox sayda ev boşaldılıb.
Vilayətin Karşıyaka rayonunda dünən axşam saatlarından başlayan yanğın ətrafa yayılıb.
Bölgəyə 5 təyyarə, 15 helikopter və çox sayda texnika cəlb edilib. Yanğınsöndürmə işləri səhərə qədər davam edib.
Bu gün bölgədə əsən küləyin sürəti saatda təxminən 80 kilometrə çatıb. Bu səbəbdən təyyarələr bir müddət yanğına müdaxilə edə bilməyib. Qurudan müdaxilələrə baxmayaraq, alovun böyük hissəsi iş yerlərinə yayılıb.
Əhali təxliyə edilib. Yanğının baş verdiyi əraziyə gedən yollarda nəqliyyatın hərəkəti dayandırılıb.
Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı hadisə yerinə yollanıb.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti