Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Ukrayna Kurskda Britaniya PUA-larından istifadə edir
Ukrayna Kurskda Britaniya PUA-larından istifadə edir

Ukrayna silahlı qüvvələri Kursk bölgəsinə hücumda Böyük Britaniyadan gətirilən pilotsuz uçuş aparatlarından istifadə edir.
Publika.az xəbər verir ki, bu barədə “The Sunday Times” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Böyük Britaniya hökumətinin fəaliyyəti təkcə silah təchizatı ilə məhdudlaşmır. Belə ki, britaniyalı müşavirlər Ukrayna hərbi komandanlığının planlarının müzakirəsində fəal iştirak edirlər.
Bundan əvvəl, “Sky News” kanalı da Ukrayna silahlı qüvvələrinin Kursk vilayətində Londonun verdiyi “Challenger 2” tanklarından istifadə etdiyini bildirmişdi.
www.REPORTOR.org (reportyor.tv)

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti