Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Moskvanın mərkəzində insan qalıqları olan 37 qutu və yeddi konteyner aşkar edildi
Moskvanın mərkəzində insan qalıqları olan 37 qutu və yeddi konteyner aşkar edildi

Moskvanın Slavyanskaya meydanında bərpa işləri zamanı içərisində insan qalıqları olan yeddi konteyner və 37 qutu aşkar edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti mənbəyə istinadən məlumat yayıb.
Qeyri-adi tapıntı barədə dərhal polisə məlumat verilib. Məlumata görə, qalıqlar bir gün əvvəl bərpa işləri zamanı tapılıb.
Mənbənin bildirdiyinə görə, tapılan qalıqların 16-17-ci əsrlərə aid olduğu ehtimal edilir. Onların 50 ildən çox müddətdir orada qaldığı güman olunur. Qutu və konteynerlər götürülərək morqa göndərilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
REPORTOR.org (reportyor.tv)

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti