
ABŞ-ın F-16 qırıcılarının Ukraynadakı münaqişədə istifadəsi son nəticədə NATO ilə Rusiya arasında birbaşa hərbi toqquşmaya gətirib çıxaracaq.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Sergey Markov danışıb.
Politoloqun fikrincə, əgər F-16-lar döyüş xəttinin 200-300 kilometrliyində istifadə olunarsa, o zaman Qərb pilotlarının iştirakını gizlətmək çox asan olacaq.
O, təyyarələrin NATO bazalarında yerləşəcəyini, ABŞ və Britaniya silahlarından istifadə edəcəyini, Birləşmiş Ştatların radionaviqasiya sistemindən istifadə edərək uçacağını proqnozlaşdırıb.
“Belə çıxır ki, F-16 döyüşlərində ukraynalıların ərazilərindən başqa heç nə olmayacaq. Yəni, F-16 NATO-nun müharibədə birbaşa iştirakıdır”, - deyə Markov yekunlaşdırıb.
SON DƏQİQƏ! Ermənistan MÜHARİBƏYƏ hazırlaşır - VİDEO » www.REPORTOR.tv (reportyor.tv)





Şərhlər