Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Kobaxidzedən sensasion açıqlama: Saakaşvili, Hitler və Avropa...
Kobaxidzedən sensasion açıqlama: Saakaşvili, Hitler və Avropa...

Almaniyanın Adolf Hitlerin partiyasının tərəfdarlarından azad edildiyi kimi, Gürcüstan da ölkənin keçmiş prezidenti Mixail Saakaşvilinin yaratdığı keçmiş Milli Vahid Hərəkat partiyası ilə əlaqəli müxalifətdən qurtulmalıdır.

Bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze “İmedi” teleşirkətinə müsahibəsi zamanı deyib.

“Əgər Hitlerin partiyası 1945-ci ildən sonra Almaniyanın siyasi meydanında qalsaydı, nə az, nə çox, 15-20 faiz səs toplayardı. Bunun təhlükələrini və nəticələrini dərk edən almanlar bir vaxtlar onlardan çox asanlıqla və qəfil xilas oldular, necə ki, indi biz ölkəmizi "AMS"in nümayəndələrindən təmizləmək məcburiyyətindəyik", - Gürcüstanın baş naziri deyib.

Kobaxidze onu da əlavə edib ki, Saakaşvilinin partiyası hakimiyyətə qayıdarsa, Gürcüstanın Avropa perspektivi sona çatacaq.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti