Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Türkiyə icazə verdi: Ermənilər bu adaya yığışacaqlar
Türkiyə icazə verdi: Ermənilər bu adaya yığışacaqlar


Van gölünün Ağtamar adasındakı Erməni Müqəddəs Xaç kilsəsində bu il keçiriləcək liturgiyaya (xristian dinində ən əsas dini ibadət ayini) hazırlıq işlərinə başlanılıb.

Reportyor.tv bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilir ki, liturgiya mərasimi Ağtamar Müqəddəs Xaç kilsəsində 95 illik fasilədən sonra Türkiyə Turizm və Mədəniyyət Nazirliyinin xüsusi icazəsi ilə 2010-cu il sentyabrın 19-da keçirilib.

Qeyd edək ki, Türkiyədən və xaricdən minlərlə turistin qatılacağı mərasim bu il sentyabrın 8-də 12-ci dəfə keçiriləcək.

Van şəhərinin erməni sakini Qayane Gevorqyan Türkiyədə və dünyada yaşayan bütün erməniləri kilsədə keçiriləcək mərasimə dəvət edib.

O, həmçinin bu il Müqəddəs Xaç kilsəsini daha çox insanın ziyarət edəcəyinə ümid etdiyini bildirib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti