Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Moskvaya dron hücumu - Ölən və yaralanan var
Moskvaya dron hücumu - Ölən və yaralanan var

Moskva vilayətinin Ramenskoye rayonuna dron hücumu zamanı iki yaşayış binasında yanğın baş verib.

Bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyevin məlumat verib.

Onun sözlərinə görə, Ukraynaya məxsus pilotsuz təyyarənin Ramenskoyedəki yaşayış binasına çırpılması nəticəsində 11-12-ci mərtəblərdəki evlərdə yanğın baş verib, 9 yaşlı uşaq ölüb.

PUA-lardan biri isə Vısokovoltnaya küçəsindəki binaya çırpılıb. Hadisə zamanı bir nəfər yaralanıb.

O, həmçinin bildirib ki, ümumilikdə bu gecə hava hücumundan müdafiə qüvvələri Podolsk, Ramenskoye, Lyubertsı, Domodedovo və Kolomna şəhər rayonlarında 14 pilotsuz uçuş aparatı vurub.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti