Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » SON DƏQİQƏ! 14 yaşından kiçiklərə SOSİAL ŞƏBƏKƏLƏR QADAĞAN EDİLİR
SON DƏQİQƏ! 14 yaşından kiçiklərə SOSİAL ŞƏBƏKƏLƏR QADAĞAN EDİLİR

Avstraliyanın Cənubi Avstraliya əyaləti 14 yaşından kiçik uşaqlara sosial media qadağası qoymağa hazırlaşır. Ali Məhkəmənin keçmiş hakimi Robert French uşaqların sosial mediadan istifadə etməsi ilə bağlı hüquqi problemləri araşdıran hesabat hazırlayıb.


Hesabatda 14 yaşından kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edən qanun layihəsi də yer alıb.


Baş nazir Malinauskas açıqlamasında bu hesabata daxil edilən qanun layihəsinə əsasən, 14 yaşından kiçik uşaqların sosial mediadan istifadəsinin qadağan edilməli olduğunu bildirib.


Sosial medianın avstraliyalıların psixi sağlamlığına dağıdıcı təsirləri olduğunu deyən Malinauskas bütün ştatları bu hesabatı qəbul etməyə çağırıb.


Qanun layihəsinin əvvəlcə Cənubi Avstraliyada , sonra isə digər ştatlarda parlamentlərə təqdim ediləcəyi gözlənilir . 

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti