
“44 günlük müharibədən sonra yoxa çıxan çox sayda silahımız var”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Baş Prokurorluq və Ədliyyə Nazirliyinin təhlükəsizliklə bağlı birgə mətbuat konfransında deyib.
Baş nazir Ermənistanda qanunsuz silahların sayının artdığını bildirib:
“Biz qanunsuz silah və sursatların axtarışı ilə bağlı metodologiyaya yenidən nəzər salmalıyıq. Yeni üsullardan istifadə edilsə də, müsbət nəticə elə də çox deyil”./Globalinfo.az





Şərhlər