Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Ərdoğandan Narinlə bağlı YENİ AÇIQLAMA: "Bəziləri güzgüyə baxmadan..."
Ərdoğandan Narinlə bağlı YENİ AÇIQLAMA: "Bəziləri güzgüyə baxmadan..."

"Narin cinayəti üzərindən siyasət yürüdülür".
Publika.az xəbər verir ki, bunu Şişlidə oteldə keçirilən Mövlud-i Nəbi Həftəsinin açılış proqramına qatılan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Narin balamızın vəhşicəsinə qətlə yetirilməsi 85 milyon olaraq hamımızın ürəyini yandırdı. Olayın ilk anından etibarən bu cinayəti qruplaşma və qütbləşmə vasitəsinə çevirmək üçün hər yola əl atdılar. Halbuki ortada vəhşi bir cinayət var. Ortada məsum uşağın üldürülməsi var. Ortada qəlb daşıyan hər kəsin içinə köz kimi düşən bir atəş var. Fəqət buna rəğmən bəziləri 8 yaşında həyatdan qoparılmış bir uşğağın nəşi üzərindən siyasət yürüdəcək qədər insanlıqdan çıxa bilirlər.
40 ildə yüzlərlə uşağın qanını axıdan, yüzlərcə Narini bizdən alan, polis, əsgər, mülki, qadın, yaşlı, körpə demədən minlərlə vətəndaşımızı vəhşicəsinə qətlə yetirən separatçı terror təşkilatının uzantıları güzgüyə baxmadan millətə vicdan və insanlıq dərsi verməyə cəsarət edirlər.
Heç bir vicdanın qəbul etməyəcəyi bu vəhşiliyi önə çıxararaq ailə institutu hədəfə alınır. Dini qurumlar hədəfə alınır, hətta Diyarbəkir əhalisi və kürd qardaşlarımız da hədəfə alınır". - Türkiyə lideri sərt vesaj verib.

Ağcabədidə DƏHŞƏT: qadın özünü qoz ağacından asdı » www.REPORTOR.tv (reportyor.tv)

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti