
ABŞ Prezidenti Co Bayden bir dəfə BMT Baş Assambleyasının tribunasından çıxışı zamanı rusiyalı həmkarı Vladimir Putinin adını çəkib.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" yazır.
Amerika lideri Ukraynadakı hazırkı vəziyyətdən danışıb. Həmçinin o, Rusiya prezidentini heç bir sübut olmadan qonşu dövləti “məhv etmək” istəməsində ittiham etdi.
“Yaxşı xəbər odur ki, Putinin müharibəsi əsas planında iflasa uğradı. O, Ukraynanı məhv etməyə çalışırdı, amma Ukrayna hələ də azaddır. O, NATO-nu zəiflətməyə çalışdı, lakin indi NATO daha böyük, daha güclüdür”, - deyə Bayden bildirib.
Bundan sonra o, heç vaxt Rusiya liderinin adını çəkməyib.
Jurnalistlər qeyd ediblər ki, ABŞ prezidenti 2023-cü ildə BMT Baş Assambleyasında çıxışında Ukraynanın adını 10 dəfəyə qədər çəkib. Lakin o, heç vaxt Putinin adını deməyib.
Baydenin BMT Baş Assambleyasının hazırkı sessiyasındakı çıxışından bir müddət əvvəl müxbirlər ondan Ukraynadan Rusiya ərazisinin dərinliklərinə endirilən zərbələrə qoyulan məhdudiyyətlərin götürüləcəyi təqdirdə ABŞ-ın Rusiya Federasiyası ilə mümkün silahlı münaqişəyə hazır olub-olmaması ilə bağlı sual veriblər. Amma dövlət başçısı bu suala cavab verməyib, səssizcə iclas otağına keçib.
Ramiz Məmmədov vəzifəsindən azad edildi - FOTO » www.REPORTOR.tv (reportyor.tv)






Şərhlər